Azərbaycan bayatıları
Yarın boyun qucağladım yar ağladı mən ağladım
Yığışidı gonşular bütün car ağladı mən ağladım
Tarımdanar ağaşları mənı görub danışdılar
Boyumu zeytun oğşadı nar ağladı mən agladım
Eyləki əsdi bir xəzan talandı gülərim mənim
Xəbər çatınca bülbülə xar ağladı mən ağladım
Ürək sözün dedim tara simlər oldu para para
Yavaş yavaş sızladı tar ağladı mən ağladım